Sabah İmişli və Beyləqanda əmək yarmarkaları keçiriləcək

Sabah İmişli və Beyləqanda əmək yarmarkaları keçiriləcək
# 01 oktyabr 2015 12:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən sabah İmişli və Beyləqan rayonlarında əmək yarmarkaları təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin rayonlardakı Gənclər Mərkəzlərində keçiriləcək yarmarkalarda ümumilikdə 470-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə müəyyən edilmiş iş yerləri də var. Tədbirlərdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.

DMX tərəfindən cari ilin 9 ayında ölkənin 50 rayon və şəhərində keçirilən əmək yarmarkalarında 3 845 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 403 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 190 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR