Sumqayıtda kənd təsərrüfatı məhsullarının yeni satış yarmarkası təşkil edilib

 Sumqayıtda kənd təsərrüfatı məhsullarının yeni satış yarmarkası təşkil edilib
# 30 dekabr 2015 07:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” bayramı ilə əlaqədar Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi 29 dekabr tarixdən Sumqayıt şəhəri, Avtovağzalın ərazisində kənd təsərrüfatı məhsullarının əlavə, yeni satış yarmarkasını təşkil edib.

Bu barədə “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR