Venesuelanın neft naziri: "Azərbaycanın Vyana sammitinə qatılacağına ümid edirik"

Venesuelanın neft naziri: "Azərbaycanın Vyana sammitinə qatılacağına ümid edirik"
# 20 aprel 2016 10:43 (UTC +04:00)

Aqşin Rafiqoğlu - APA-Economics. "Doha sammitində iştirak edən OPEC üzvləri və qeyri-OPEC ölkələri iyunda Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasa dəvət olunacaq".

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Eulohio del Pino deyib.

"Bu ölkələr hasilatın dondurulması ilə bağlı razılığın əldə olunmasını arzulayırlar. Biz məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlmişik və iyunda Vyanada keçiriləcək görüşdə müzakirələr davam etdiriləcək. Ümid edirik ki, Rusiya, Oman və Azərbaycan da dəvət alacaq və görüşə qatılacaqlar", - deyə nazir qeyd edib.

Qeyd edək ki, aprelin 17-də baş tutan Doha sammitində OPEC-in əksər üzvləri, o cümlədən təşkilatın üzvü olmayan bir sıra ölkələr də iştirak edib. Görüşdə neft hasilatının dondurulması müzakirə olunub, lakin sammit iştirakçıları arasında yaranan fikir ayrılığı nəticəsində razılıq əldə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR