Dilçilik İnstitutunda yeni təyinat olub

Dilçilik İnstitutunda yeni təyinat olub
# 22 yanvar 2016 12:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib.

İnstitutun mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlünün APA-ya verdiyi məlumata görə, iclasda Dilçilik İnstitutunun GAMŞ-nın sədri vəzifəsində seçki keçirilib. Səsvermə nəticəsində filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov AMEA Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ-nın sədri, Təranə Şükürlü və Rasim Heydərov isə müavin seçiliblər.

Qeyd edək ki, GAMŞ-nın sədri vəzifəsini dosent Aynur Qədimalıyeva icra edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR