Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir

Kuba və ABŞ arasında hava əlaqəsi bərpa edilir
# 17 dekabr 2015 01:27 (UTC +04:00)

Bakı-APA. Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi bərpa olunacaq.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılıq dekabrın 16-da Vaşinqtonda əldə edilib.

Razılaşma hər iki ölkənin aviaşirkətlərinə hava əlaqəsinin bərpasına dair danışıqlara başlamağa imkan verəcək. Məlumata görə, bu proses bir neçə ay çəkə bilər.

Xatırladaq ki, 2014-ci il dekabrın 17-də ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətlərin tam bərpa edilməsi və Havanada ABŞ səfirliyinin açılması barədə sənəd imzalamışdı. 2015-ci ilin iyulunda isə dövlət katibi Con Kerri Kubada açılmış yeni ABŞ səfirliyinin binası üzərində dövlət bayrağının qaldırılması mərasimində iştirak etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR