Rusiyanın neft şirkətləri hasilatın azaldılmasına dair razılığa gələ bilməyiblər

Rusiyanın neft şirkətləri hasilatın azaldılmasına dair razılığa gələ bilməyiblər
# 28 yanvar 2016 23:25 (UTC +04:00)

Bakı-APA. Neft şirkətlərinin rəhbərlərinin Rusiyanın energetika naziri Aleksandr Novakla keçirdiyi görüşdə Rusiyanın hasilat və ixrac həcmlərinin azaldılması məsələsində konsensusa nail olunmayıb. APA-nın xəbərinə görə, bu barədə “Gazeta.ru” görüşdəki mənbəyə istinadən xəbər verib. “Hasilat və ixrac həcmlərinin azaldılması məsələsində bazar iştirakçılarının bəzilərində lobbizm var, lakin bu hər bir şirkətin hasilat üzrə real planlarından asılıdır. Kimdəsə hasilat artır, kimdəsə yox, bu baxımdan da mövqelər müxtəlifdir”, deyə mənbə olub.

Qeyd edək ki, Rusiyanın energetika naziri Aleksandr Novakın neft hasil edən ölkələr arasında fevralda görüşün baş tuta biləcəyini bildirib. Novak görüşdə neft hasil edən ölkələrin hasilat həcmini 5 faiz azaldılması ilə bağlı müzakirələr aparacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR