Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib

Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib
# 25 iyul 2016 11:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından buraxılış münasibətilə zabitləri təbrik edib.

Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR