Məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri hazırlanıb

Məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri hazırlanıb
# 03 oktyabr 2016 09:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Məktəbəhazırlıq qrupları üçün tədris vəsaitləri hazırlanıb.

APA-nın xəbərinə görə, Təhsil Problemləri İnstitutunun (TPİ) Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova deyib ki, respublikada məktəbəhazırlığın təşkili ilə əlaqədar Təhsil Nazirliyinin təsdiqlədiyi vəsaitlər “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” və “Məktəbəqədər təhsilin proqramı (kurikulumu)” əsasında həm Azərbaycanda, həm də rus dillərində hazırlanıb.

O qeyd edib ki, vəsaitlər toplusuna “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Ətraf aləmlə tanışlıq” üzrə uşaqlar üçün vəsaitlər, müəllimlər üçün “Məktəbəhazırlıq üzrə təlimin təşkili metodikası” adlı metodik vəsait və videoməşğələlər daxildir: “Vəsaitlərin hazırlanmasında respublikanın təcrübəli mütəxəssisləri iştirak ediblər”.

Qeyd edək ki, bu gündən dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlər başlayır. Məktəbəhazırlıq qrupları Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək. Qruplara 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilir. Məktəbəhazırlıq qrupları mayın 31-nə kimi həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR