Neftçalada mülki müdafiə təlimi keçirilib

Neftçalada mülki müdafiə təlimi keçirilib
# 30 sentyabr 2016 12:03 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Neftçala rayonunda mülki müdafiə qoşunlarının mülki müdafiə idarəsi tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, təlimə rayon icra hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub. Kompleks təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş verən yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş verən obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqlar yerinə yetirilib.

Təlimdə rayonun hərbiləşdirilməyən dəstələrinin 210 nəfər şəxsi heyəti və 26 ədəd texnikası iştirak edib. Müdafiə təlimi rayon rəhbərliyi və müvafiq nazirliklərin əməkdaşları tərəfindən izlənilib və uğurla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR