Terrorçuluq barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Terrorçuluq barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb
# 18 may 2016 09:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Şamil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 24-nə təyin edilib.

Qeyd edək ki, özünü Samir Süleymanov adı ilə təqdim edən şəxs FHN-in "112" xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən "Almas" şadlıq sarayında və rayonun müxtəlif yerlərində partlayış olacağını bildirib.

Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Ş.Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR