Egemen Bağış: “Ermənistan müstəqil deyil”

Egemen Bağış: “Ermənistan müstəqil deyil”
# 27 aprel 2016 14:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ermənistanın Azərbaycanla yaxşı münasibətlər qurmasına çox ehtiyacı var. Ermənistan əlindən gələni etməlidir ki, Azərbaycanla kompromisə gəlsin”.


APA-nın xəbərinə görə, bunu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasda Türkiyənin Avropa Birliyi məsələləri üzrə keçmiş naziri Egemen Bağış deyib. O bildirib ki, Ermənistan bu addımları ata bilmir: “Çünki Ermənistan müstəqil dövlət deyil. Əgər müstəqil olsaydı, bunu edərdi. Təəssüflər olsun ki, qərarlar Ermənistandan kənarda - Moskvada, Parisdə verilir. Ermənistandan kənarda verilən qərarlar Ermənistanın maraqlarına cavab vermir. Dağlıq Qarabağ münaqişəsinin həlli bu qədər çətin olmamalı idi. Lakin ortada iradə yoxdur. Minsk Qrupu heç bir iş görə bilməyib. Sıfır. Ümid edirəm ki, BMT bundan sonra məsələyə müdaxilə edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR