Gürcüstanda 24 yaşlı azərbaycanlı gənc intihar edib

Gürcüstanda 24 yaşlı azərbaycanlı gənc intihar edib
# 25 aprel 2016 18:41 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Batumi şəhərinin yaxınlığında 24 yaşlı azərbaycanlı gənc intihar edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, intihar edən gənc Marneuli rayonunun Böyük Muğanlı kənd sakinidir.

Kənd sakinlərinin məlumatına görə, Ural Həsən oğlu Ələkbərov Türkiyədə ali təhsil alıb və arxeoloq ixtisasına yiyələnib. Məlumatda bildirilib ki, intihar edən gənc Türkiyədə çalışırmış. İntihar edən gəncin üzərində özünün xətti ilə yazılan məktub aşkarlanıb. Gənc qardaşına ünvanladığı məktubda “Mən axırıncı günlərimi yaşayıram. Sizdən üzr istəyirəm. Gəlib öz vətənimə çata bilmədim. Heç kimdən şübhələnməyin, özüm-özümü asmışam”, - kəlmələrini yazıb.

Gəncin intiharının səbəbi bilinmir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. İntihar edən gənc bu gün torpağa tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR