Qazaxda oğurluq edən iki əmioğlu saxlanılıb - VİDEO

Qazaxda oğurluq edən iki əmioğlu saxlanılıb - <span style="color: red;">VİDEO
# 03 noyabr 2015 09:42 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda oğurluq faktının üstü açılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini Nemət Mustafayev əmisi oğlu Dərviş Mustafayevlə birgə qonşuları Nadir Məmmədova məxsus mağazadan oğurluq ediblər.

Onlar dükandan 536 manat dəyərində tütün məmulatları və spirtli içkilər götürdükdən sonra həyətə girərək 200 litr benzin oğurlayıblar.

Qazax rayon Polis Şöbəsinin əməkdaşların həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən hər iki şəxs saxlanılıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR