Çavuşoğlu: "Rusiyanın İncirlik bazasından istifadə edəcəyini deməmişəm"

Çavuşoğlu: "Rusiyanın İncirlik bazasından istifadə edəcəyini deməmişəm"
# 04 iyul 2016 13:37 (UTC +04:00)

Bakı - APA. "Türkiyə İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa hazırdır, lakin Rusiyanın İncirlik hava bazasından istifadə etməsi mövzusu müzakirə olunmayıb".

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bu gün baş nazir Binəli Yıldırımla birlikdə keçirdiyi mətbuat konfransında Rusiyanın İncirlik hərbi bazasından istifadəsi ilə bağlı hər hansı bəyanat vermədiyini söyləyib: "Mənim belə bir ifadəm olmayıb. Hər kəslə əməkdaşlıq edə biləcəyimizi demişik. Mən sadəcə, prezidentimizin Putinə daha əvvəl dediyi "İŞİD-dən narahatsınızsa, gəlin, birlikdə mübarizə aparaq" sözünü xatırlatmışam. Bundan sonrakı mərhələdə Rusiya ilə əməkdaşlıq edə biləcəyimizi söylədik. İncirlik hava bazası ilə bağlı sözüm olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR