Tovuzda quldurluq hadisəsinin üstü açılıb

Tovuzda quldurluq hadisəsinin üstü açılıb
# 29 fevral 2016 12:25 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda 6 ay əvvəl törədilən quldurluq hadisəsinin üstü açılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin sentyabr ayında rayonun Alakol kənd sakini İsaq İsayevin evinə girərək oradan ev sahibin qızının sırğalarını və 47 manat pulu quldurluq qolu ilə ələ keçirən iki nəfər - Alakol kənd sakini, 1969-cu il təvəllüdlü Rizvan Ələsgərov və 1986-cı il təvəllüdlü Şirvan kənd rayon sakini Natiq Hüseynov saxlanılıb.

Məlumata görə, onlar Bakıda görüşüb quldurluq üçün maska əldə edərək Tovuza gəliblər. Quldurluq etdikləri evdə İ. İsayevin Şəmkirdən qonaq gələn qızı olub. Saxlanılan şəxslərin başqa cinayətlərdə iştiraklarının olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR