Azərbaycanda 20-dən çox uşaqda mürəkkəb açıq ürək əməliyyatı aparılacaq

Azərbaycanda 20-dən çox uşaqda mürəkkəb açıq ürək əməliyyatı aparılacaq
# 23 noyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ümumdünya Uşaq günü münasibəti ilə 20 noyabrda Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aksiya ərəfəsində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici (İtaliyanın Milan şəhəri San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən 200-dən çox anadangəlmə ürək qüsurundan əziyyət çəkən xəstələrin müayinə və müalicələrin həyata keçirilməsi planlaşdırılır: “Bununla yanaşı 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatların icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək”.

Aksiya çərçivəsində 15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı keçirilib: “Nəticələr həkimlərin gözlədiyindən daha da yaxşı olub. Anadangəlmə ürək qüsuru olan 26 həftəlik körpənin əməliyyatı nəzərdə tutulub”.

Aksiya eyni zamanda, təşviqat xarakterli tədbirlərin icrasını da nəzərdə tutur.

Qeyd olunub ki, 2015-ci ildən başlayaraq ölkəmizin bir neçə xəstəxanasında uğurla icra olunan əməliyyat sayı artıq 500-ə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR