Bakıda içərisində 10 min manatlıq qızıl olan seyf oğurlanıb

Bakıda içərisində 10 min manatlıq qızıl olan seyf oğurlanıb
# 16 aprel 2016 12:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində mənzildən içərisində 10 min manatlıq qızıl olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Oqtay İbrahimova məxsus evdən içərisində 10 000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Emil Əliyev yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR