“Publik hüquqi şəxslər haqqında” qanun layihəsi qəbul olunub

“Publik hüquqi şəxslər haqqında” qanun layihəsi qəbul olunub
# 29 dekabr 2015 12:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul olunub.

APA-nın məlumatına görə, layihəni təqdim edən deputat Rəfael Cəbrayılov bildirib ki, qanun layihəsi bir qədər də təkmilləşdirilib. Doqquz maddədən ibarət “Publik hüquqi şəxslər haqqında” qanun layihəsinə əsasən publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. “Publik hüquqi şəxslər haqqında” qanunla əlaqədar Mülki Məcəllənin 43.5-ci və 43.7-ci maddələrinə müvafiq əlavələr də edilib və məcəlləyə “publik hüquqi şəxslər” ifadəsi salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR