“AG Bank”ın rəhbərliyində dəyişiklik olub

“AG Bank”ın rəhbərliyində dəyişiklik olub
# 26 avqust 2016 11:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “AG Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

APA-Economics”İn məlumatına görə, Əfqan Cəlilov bankın İdarə Heyətinin sədri təyin edilib. O, buna qədər bankın İdarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edib.

Bundan başqa, İdarə Heyətinin sədrinin müavini Tokay Əlizadə işdən çıxıb. Onun yerinə Elnur Musayev təyin edilib. Maliyyə menecmenti departamentin direktoru Səkinə Xələfova da bankın İdarə Heyətinə üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR