Bakının Xəzər rayonunda 4 otaqlı ev yanıb

Bakının Xəzər rayonunda 4 otaqlı ev yanıb
# 08 fevral 2016 16:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı şəhərində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyü 40 kv.m, 3 otağın yanar konstruksiyaları 70 kv.m, 1 otağın döşəməsi 20 kv.m sahədə və zirzəmidə olan yararsız taxta tullantıları 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR