Daha bir ölkədə “Uber”in fəaliyyəti qadağan edilə bilər

Daha bir ölkədə “Uber”in fəaliyyəti qadağan edilə bilər
# 03 fevral 2016 06:08 (UTC +04:00)

Bakı - APA-Economics. Moskva şəhərinin Nəqliyyat Departamenti “Uber” mobil əlavəsinin paytaxt ərazisində fəaliyyətinin dayandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

APA-Economics” xəbər verir ki, bu barədə qurumun rəhbəri Maksim Liskutov bildirib.

“Əgər “Uber” rəsmiləri onlara məxsus avtomobillərin şəhərdə hərəkəti ilə bağlı məlumatların ötürülməsini nəzərdə tutan razılaşmanı imzalamasa, bu mobil əlavənin fəaliyyəti dayandırılacaq. Daha bir tələbimiz ondan ibarətdir ki, şirkət yalnız leqal taksilərlə işləməlidir”, - deyə məmur bildirib.

O əlavə edib ki, şirkət müvafiq qərarı 10 gün ərzində qəbul etməlidir.

Braziliya, Çin, Kanada, Almaniya və s. ölkələrdə “Uber” şirkətinin fəaliyyəti qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR