Azərbaycanın qərb bölgəsinə dolu yağıb

Azərbaycanın qərb bölgəsinə dolu yağıb
# 29 may 2016 18:33 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Qərb bölgəsinə dolu yağıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, mayın 29-da günün ikinci yarısından başlayaraq qərb bölgəsində xüsusən Gəncə, Daşkəsən və Samux rayonlarında dolu və yağış yağıb.

Bir neçə dəqiqə yağan dolu Gəncədə ciddi fəsadlar törətməsə də Samuxda və Daşkəsəndə kənd təsərrüfatına ziyan vurduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR