ABŞ-da sərnişin avtobusu aşıb, 30 nəfər xəsarət alıb

ABŞ-da sərnişin avtobusu aşıb, 30 nəfər xəsarət alıb
# 08 fevral 2016 21:00 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Konnektikut ştatında sərnişin avtobusunun aşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Madison şəhərində qeyd alınıb.

Bildirilir ki, sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin versiyaya görə, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub. Konnektikut ştatında hazırda güclü küləklə müşahidə olunan qar yağır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR