Azərbaycan yığmasını “Ridinq”də işləyən məşqçi çalışdıracaq

Azərbaycan yığmasını “Ridinq”də işləyən məşqçi çalışdıracaq
# 30 oktyabr 2015 08:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin iclası keçirilib. ABF-dən apasport.az saytına verilən məlumata görə, yığıncaqda aşağı yaş qrupu üzrə oğlanlardan ibarət millilərimizin baş məşqçiləri təsdiqlənib.

Belə ki, 18 yaşadək yığmamız təcrübəli basketbolçumuz Tahir Baxşıyevə həvalə edilib. U-16 komandamızı da kifayət qədər güclü mütəxəssis çalışdıracaq. ABF-in qərarına əsasən, yığma İngiltərənin “Ridinq” klubunda işləmiş Samit Nuruzadəyə tapşırılıb. U-14 yığmamız isə əsas komandamızın aparıcı üzvlərindən olan Fuad Niftəliyevin rəhbərliyi altında hazırlıq keçəcək.

İclasda, həmçinin ABF-in bəzi rəhbər vəzifələrini icra edəcək şəxslərin adları da açıqlanıb. Qərara əsasən Azər Qədirov Məşqçilər Şurasının, Tofiq Həsənov Hakimlər Komissiyasının və Mehran Həmidzadə isə Nizam-İntizam Komissiyasının sədri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR