Bakıda “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Bakıda “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 19 dekabr 2015 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Turizm və Menecment Universitetinin 10 illiyinə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov konfransın keçirilməsinin əhəmiyyətindən, konfrans proqramı çərçivəsində nəzərdə tutulan məruzələrin toxunduğu mövzulardan danışıb.

C. Cəfərov qeyd edib ki, rəhbərlik etdiyi universitet turizm sahəsində ixtisaslı kadrlar hazırlamaqla yanaşı, bir sıra ölkələrlə təcrübə mübadiləsi həyata keçirir, elmi-tədqiqatların aparılması istiqamətində fəaliyyət göstərir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda turizm sahəsinin inkişafında və ixtisaslı kadrların yetişdirilməsində Turizm və Menecment Universitetinin rolunu qeyd edib, son illərdə müvafiq sahənin inkişafı istiqamətində aparılan islahatlardan danışıb. S. Məmmədəliyeva konfransın mütəmadi keçirilməsinin beynəlxalq əlaqələrin inkişafı baxımından rolunu müsbət qiymətləndirib.

Konfrans məruzələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR