Tayvanda baş verən zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb

Tayvanda baş verən zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb
# 08 fevral 2016 06:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Tayvanın cənub hissəsində baş verən zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, 117 nəfərin taleyi barədə isə heç bir məlumat yoxdur. Ölənlərin və itkin düşənlərin əksəriyyəti 17 mərtəbəli binanın altında qalanlardır. Xilasedicilər binanın dağıntıları altında qalan digər şəxslərin xilasetmə işini aparırlar. 2 sutka ərzində dağıntılar altından yalnız bir kişini və bir qadını xilas etmək mümkün olub.

Fəlakətin baş verdiyi əraziyə Tayvanın hazırki prezidenti Ça İn-tszyu və ötən ay keçirilən prezident seçkilərində qalib olmuş Tsay İn-venin gəlməsi gözlənilir.

Xatırladaq ki, 6,4 ballıq zəlzələ fevralın 6-da səhər saatlarında baş verib. Zəlzələnin episentri Tayvaanın 43 km cənub-şərqində yerləşib. Zəlzələ ocağı 23 km dərinlikdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR