Şəki Hava Limanının ətrafında yabanı halda bitmiş çətənə kolları məhv edilib

Şəki Hava Limanının ətrafında yabanı halda bitmiş çətənə kolları məhv edilib
# 23 sentyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəki Hava Limanının ətrafında yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Şəki Hava Limanının ətrafındakı sahədə yabanı halda bitmiş, ümumi çəkisi 407 kiloqram olan 1386 ədəd, Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 240 kiloqram olan 70 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR