Səhiyyə naziri və tibb ictimaiyyətinin nümayəndələri akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər

Səhiyyə naziri və tibb ictimaiyyətinin nümayəndələri akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər
# 28 aprel 2016 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyi tamam olur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-a verilən xəbərə görə, bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla nazirliyin kollegiya üzvləri, tibb ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə tər çiçəklər düzüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR