"Unibank" ilin əvvəlindən bölgələrə 24 mln. manat mikrokredit ayırıb

"Unibank" ilin əvvəlindən bölgələrə 24 mln. manat mikrokredit ayırıb
# 30 oktyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” 1 noyabr Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə kənd təsərrüfatı sahəsində çalışanları təbrik edir.

Bankdan “APA-conomics”ə verilən xəbərə görə, 9 ayın nəticələrinə görə, bölgələrə verilən mikrokreditlərin həcmi 24 mln. manata çatıb.

Bank tərəfindən verilən biznes kreditlərinin statistikasında kənd təsərrüfatı ilə bağlı xüsusi artım qeydə alınıb. Bankın kredit verdiyi müştərilərinin siyahısı daha da genişlənib. İlin əvvəlindən bu günə qədər “Unibank”ın təkcə Sahibkarlara Kömək Milli Fondunun (SKMF) xətti ilə kredit verdiyi sahibkarların 42%-i yeni müştərilərdir. Hesabat dövründə bu layihə çərçivəsində ümumi həcmi 2,1 mln. manat olan 113 kredit verilib. SKMF-nin vəsaitləri hesabına verilən kreditlər çox sərfəli şərtlərlə illik cəmi 6%-lə verilir.

“Unibank” yerli istehsalçılara dəstək məqsədi ilə daha bir layihəyə qoşulub. Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığının nəticəsi olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nə qoşulan banka bu məqsədlə 8 mln. dollar kredit ayrılıb. Layihə çərçivəsində “Unibank” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 min dollaradək sərfəli kredit təklif edir. Kreditlər illik 11,5%-lə 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.

Ölkədə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank biznes mərkəzi”nə müraciət edə bilərlər. Mikro-kredit götürmək istəyənlər isə 8 saylı, 10 saylı (“Əhmədli”), “Xalqlar”,” Neftçilər”, 9 saylı (“Bayıl”), “Xırdalan”, “Mərdəkan, regionlarda isə bütün filialların xidmətindən faydalana bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR