Kerri: “Bəşər Əsədin taleyi barədə ciddi fikir ayrılığı qalmaqdadır”

Kerri: “Bəşər Əsədin taleyi barədə ciddi fikir ayrılığı qalmaqdadır”
# 18 dekabr 2015 23:51 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsədin taleyi barədə ciddi fikir ayrılığı qalmaqdadır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.

Rusiya XİN rəhbəri Sergey Lavrov, öz növbəsində bəyan edib ki, Bəşər Əsədin taleyini Suriya xalqı özü həll etməlidir.

Qeyd edək ki, Nyu-Yorkda “Suriyaya dəstək qrupu"nun konfransı başa çatıb. Tədbirdə 18 ölkənin XİN rəhbəri, o cümlədən BMT baş katibi Pan Qi Mun, onun Suriya üzrə xüsusi elçisi Stafann de Mistura, Ərəb Ölkələri Liqası və İslam Konfransı Təşkilatının nümayəndələri iştirak edib.

BMT Təhlükəsizlik Şurası isə yekdilliklə Suriya münaqişənin sülh yolu ilə nizamlanması üzrə planı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR