Azərbaycanda valyuta tənzimi qaydalarını pozan 11 nəfər saxlanılıb

Azərbaycanda valyuta tənzimi qaydalarını pozan 11 nəfər saxlanılıb
# 11 yanvar 2016 10:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR