İsmayıllı sakinindən 41 kq narkotik götürülüb

İsmayıllı sakinindən 41 kq narkotik götürülüb
# 19 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mican kənd sakini Elnur Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram 400 qram olan 47 ədəd çətənə kolu, evinə baxış zamanı isə oradan 13 kiloqram 933 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR