Razi Nurullayevin sədri olduğu AXCP Ədliyyə Nazirliyinə müraciət edib

Razi Nurullayevin sədri olduğu AXCP Ədliyyə Nazirliyinə müraciət edib
# 30 oktyabr 2015 11:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Razi Nurullayevi sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ədliyyə Nazirliyinə müraciət edib.

Bu barədə APA-ya R. Nurullayev məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi qurum oktyabrın 18-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı sənədlər toplusunu bu gün Ədliyyə Nazirliyinə təqdim edib.


R. Nurullayev əlavə edib ki, Əli Kərimlinin sədri olduğu AXCP-nin qurultayındakı qanun pozuntuları ilə bağlı sənədlər hazırlanaraq məhkəməyə təqdim olunacaq.

Xatırladaq ki, AXCP sədri Əli Kərimlinin sabiq müavini olan Razi Nurullayev əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb. O, oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və sədr seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR