Türkiyədə həbs olunan 760-a yaxın hərbçi azad olunub

Türkiyədə həbs olunan 760-a yaxın hərbçi azad olunub
# 30 iyul 2016 13:29 (UTC +04:00)

Bakı - APA. İstanbul məhkəməsi Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinərək saxlanılan 758 nəfər hərbçinin azad olunması barədə qərar çıxarıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, qərar istintaqı aparan prokurorluq orqanlarının təqdimatına əsasən verilib.

Ümumilikdə 989 nəfər ifadə verib ki, onlardan 231-i həbsdə qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR