Nyu-Yorkda partlayış olub, xəsarət alan var

Nyu-Yorkda partlayış olub, xəsarət alan var
# 03 iyul 2016 18:16 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkun Mərkəzi parkı ərazisində partlayış baş verib.


APA-nın CBS News telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.


Onun ayağından yaralandığı bildirilir. Hazırda zərərçəkənə tibbi yardım göstərilir. Hadisənin başvermə səbəbləri və təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR