Masallıda telefon kabellərini oğurlayan şəxs tutulub

Masallıda telefon kabellərini oğurlayan şəxs tutulub
# 14 dekabr 2015 10:26 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallıda telefon kabellərinin oğurluğu ilə məşğul olan rayon sakini tutulub. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elçin Fərəcov məlumat verib. Onun sözlərinə görə, “Aztelekom” MMC-nin Masallı Rayon Telekommunikasiya Qovşağının rəhbərliyi ərizə ilə Polis Şöbəsinə müraciət edərək ayrı-ayrı vaxtlarda rayonun ərazilərində naməlum şəxs və ya şəxslər tərəfindən telefon kabellərinin kəsilərək oğurlandığını və bununla qovşağa xeyli maddi ziyan vurulduğunu bildirib. RPŞ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözü gedən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, 1968-ci il təvəllüdlü İlqar Salam oğlu Mustafayev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İstintaqa verdiyi ifadəsində əməlini etiraf edən İ.Mustafayev dekabrın 6-da rayonun Əhmədli kəndi ərazisindən 190, Kosakül kəndi ərazisindən isə 370 metr kabel oğurladığını bildirib. Məlum olub ki, saxlanılan şəxs oğurladığı kabellərdəki miss naqilləri çıxararaq, onları əlvan metalların qəbulu məntəqəsinə satıb.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR