“İctimai nəzarət haqqında” qanun layihəsi ictimai müzakirəyə çıxarılıb

“İctimai nəzarət haqqında” qanun layihəsi ictimai müzakirəyə çıxarılıb
# 15 fevral 2016 08:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “İctimai nəzarət haqqında” qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsinin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifə və funksiyalarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsidir.

İctimai nəzarət mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Monitorinq dedikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin fəaliyyətinin ictimai nəzarət subyekti tərəfindən müşahidəsi başa düşülür. İctimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir. İctimai şuralarda QHT-lər, KİV, Həmkarlar İttifaqı, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR