Nazir Zakir Həsənov cəbhə boyu zonada hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıb

Nazir Zakir Həsənov cəbhə boyu zonada hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıb
# 11 may 2016 15:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə boyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR