Qurban bayramı ilə əlaqədar baytarlıq idarələrinin mütəxəssisləri heyvan satışı və kəsimi yerlərinə təhkim edilib

Qurban bayramı ilə əlaqədar baytarlıq idarələrinin mütəxəssisləri heyvan satışı və kəsimi yerlərinə təhkim edilib
# 16 sentyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov rayonlarda Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmr bu il sentyabrın 24-25-də Qurban bayramının keçirilməsi ilə əlaqədar respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsilməsinin qarşısını almaq məqsədilə imzalanıb.

Əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılıb ki, Qurban bayramı ilə əlaqədar olaraq rayon və şəhərlərdə heyvanların kütləvi halda satışı və kəsildiyi yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirsinlər.

Rayon, şəhər baytarlıq idarələri bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytar mütəxəssislərini təhkim etməli, rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlığı barədə Baytarlıq Şəhadətnaməsinin olmasını müəyyənləşdirməli və bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görməlidirlər.

Əmrin icrasına nəzarət rəis müavini Balarəhim Quliyevə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR