Mahaçqalada baş verən partlayış nəticəsində xəsarət alanların sayı 28-ə çatıb

Mahaçqalada baş verən partlayış nəticəsində xəsarət alanların sayı 28-ə çatıb
# 01 avqust 2016 19:21 (UTC +04:00)

Bakı-APA. Mahaçqalada banket zalında qaz balonunun partlaması nəticəsində xəsarət alanların sayı 28-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin yaralandığı bildirilirdi.

Hazırda xəstəxanalarda 28 nəfər qalmaqdadır, onlardan 5-in vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, partlayış bu gün “Layli” banket zalında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR