Yanvar ayında keçiriləcək sertifikasiya imtahanlarının tarixləri ləğv edilib

Yanvar ayında keçiriləcək sertifikasiya imtahanlarının tarixləri ləğv edilib
# 07 yanvar 2016 11:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na edilmiş dəyişikliklərlə əlaqədar 2016-cı ilin yanvar ayında nəzərdə tutulmuş sertifikasiya imtahanlarının tarixləri ləğv edilib.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından (SNSK) APA-ya verilən xəbərə görə, imtahanlar cari ilin fevral ayından başlayacaq.

Komissiyadan bildirilib ki, imtahan tarixləri barədə məlumat veriləcək. Yanvar ayına verilmiş "Buraxılış vərəqələri" etibarsız hesab olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 371 nömrəli qərarına əsasən 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı artıq bir mərhələdə keçiriləcək. Müsahibə mərhələsi artıq aparılmayacaq. Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür - 2 (iki) müxtəlif variantda 60 test və 5 klinik tapşırıq. İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR