Göygöldə iki avtomobil toqquşub, yaralılar var - YENİLƏNİB

Göygöldə iki avtomobil toqquşub, yaralılar var - <span style="color: red;">YENİLƏNİB
# 03 oktyabr 2016 21:15 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ2107” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva, 1996-cı il təvəllüdlü Xaliq Həsənov, 1979-cu il təvəllüdlü Təhmas Əliyev, 1995-ci il təvəllüdlü Bilal Quliyev və 2004-cü il təvəllüdlü Samir Əliyev müxtəlif bədən xəsarətləri alıblar.

Xaliq Qurbanova hadisə yerində tibbi yardım göstərildikdən sonra, o evə buraxılıb, 10 yaşlı Samir Əliyev isə uşaq xəstəxanasına aparılır. Digər 3 nəfər isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

***

22:40

Göygöl. Azər Məmmədli – APA. Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ2107” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva və 1996-cı il təvəllüdlü Xaliq Həsənov müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR