Parlamentin sədri: "Azərbaycan Gürcüstanın əsas qaz təchizatçısıdır"

Parlamentin sədri: "Azərbaycan Gürcüstanın əsas qaz təchizatçısıdır"
# 14 yanvar 2016 10:53 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. "Gürcüstanın əsas qaz təchizatçısı və tərəfdaşı Azərbaycandır". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib.

Onun sözlərinə görə, uzun illərdir Rusiya Gürcüstan üzərindən tranzit keçməklə Ermənistana qaz nəql edir: "Bunu müqabilində, biz Rusiyadan alırıq və bu proses davam edir. Nəql olunan qazın tranzit şərtləri, dəyəri və digər problemlər müzakirə olunmalıdır. "Qazprom"la aparılan danışıqlarda problem görmürəm. Düşünmürəm ki, bu proses Gürcüstanın enerji sisteminin müstəqilliyinə təhlükə yaradır. Bizim əsas qaz təchizatçımız və tərəfdaşımız Azərbaycandır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR