Zaqatalada meşədə meyit tapılıb

Zaqatalada meşədə meyit tapılıb
# 28 mart 2016 07:29 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb.


Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.

Araşdırma zamanı məlum olub ki, evli və iki övlad atası olan R. Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.

R. Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR