Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib - YENİLƏNİB

Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib - <span style="color: red;">YENİLƏNİB
# 30 sentyabr 2016 22:23 (UTC +04:00)

Bakı.Fərid Mirzəyev-APA. Abşeron rayonu Təhsil Şöbəsi şagirdin intihara cəhdi ilə bağlı məlumata münasibət bildirib.

Təhsil şöbəsinin mətbuat katibi Anar Nağıyevin APA-ya verdiyi məlumata görə, Abşeron rayonu 2 saylı orta məktəbin 6-cı sinif şagirdi Nuriyev Zahid məktəbin yaxınlığındakı futbol meydançasının hasarına çıxarkən yerə yıxılıb.

“Ayağından xəsarət alan Z.Nuriyev 1 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Vəziyyəti normaldır. 2 saylı orta məktəbdə intihara cəhd olmayıb”, deyə A. Nağıyev bildirib.

***

18:33

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.

Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir.

Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR