Qələbə Günü hava  buludlu olacaq

Qələbə Günü hava  buludlu olacaq
# 08 may 2016 10:21 (UTC +04:00)

Bakı-APA. Sabah, 9 may Qələbə Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-22 , Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Mayın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağış gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə -3-8 , gündüz -14-19 dərəcə isti olacaq.

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR