Nigeriyada terror aktında onlarla insan ölüb

Nigeriyada terror aktında onlarla insan ölüb
# 16 oktyabr 2015 07:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Nigeriyanın şimal-şərqində baş vermiş iki partlayış nəticəsində onlarla insan ölüb.

APA-nın "Yahoo News"-a istinadən verdiyi məlumata görə, hadisə Mayduquri şəhərində baş verib.

İlkin məlumata əsasən, terrorçu-kamikadzelər axşam namazı zamanı partlayıcı vasitəni işə salıblar. Yerli sakinlərin bildirdiyinə görə, məscid 40 nəfərlikdir. Şahidlərdən biri içəridəkilərin hamısının həlak olduğunu bildirib.

Hadisə ilə bağlı məsuliyyəti hələlik heç kəs boynuna götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR