"Fitch" "AccessBank" üzrə reytinqini qoruyub

"Fitch" "AccessBank" üzrə reytinqini qoruyub
# 21 sentyabr 2015 18:03 (UTC +04:00)

Bakı - APA-Economics. "Fitch" beynəlxalq reytinq agentliyi bir daha "AccessBank"ın Uzunmüddətli Emitent Defoltu reytinqini (EDR) “Sabit” proqnozla "BBВ-" dərəcəsində, “Investment Grade” səviyyəsində təsdiqləyib.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 2014-cü ilin dekabr ayında "Fitch" bankın beynəlxalq kredit reytinqini "BB+" səviyyəsindən "BBВ-" səviyyəsinə yüksəldib və 2015-ci ilin aprel ayında yenidən təsdiqləyib.


Reytinqin tam açıqlanması aşağıda göstərilir:
 

Uzunmüddətli EDR: “Sabit” proqnozla "BBB-" səviyyəsində təsdiqlənib;
 

Qısamüddətli EDR: "F3" səviyyəsində təsdiqlənib;
 

Dayanıqlılıq reytinqi: "bb-" səviyyəsində təsdiqlənib;
 

Dəstək Reytinqi: "2" səviyyəsində təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR