Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək
# 25 avqust 2016 09:52 (UTC +04:00)

Bakı-APA. Gənclər və idman naziri Azad Rəhimov avqustun 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyindən APA-ya bildirilib ki, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR