İşçi Qrupunun rəhbəri Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunu açıqlayıb

İşçi Qrupunun rəhbəri Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunu açıqlayıb
# 03 mart 2016 12:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatası ikisəviyyəli idarəetmə strukturuna malik olacaq. "APA-Economics" xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib.


R. Aslanlının sözlərinə görə, ali idarəetmə orqanı ölkə başçısı tərəfindən formalaşdırılacaq və Direktorlar Şurası adlanacaq. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirəcək.

"Direktorlar Şurası Palatanın fəaliyyətin bütün strateji aspektlərini müəyyən edəcək, onun təşkilatı struktur, daxili prosedur və qaydalarını müəyyən edəcək, normativ aktların qəbulu ilə məşğul olacaq. Direktorlar Şurası, həmçinin maliyyələşmə və büdcə prinsiplərini müəyyən edəcək. İdarə Heyəti isə gündəlik fəaliyyəti təşkil edəcək", - deyə R. Aslanlı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR